Qaraciyəri lal orqan adlandırırlar. Bunun səbəbi qaraciyərdə sinir ucların olmaması və bu səbəbdən ağrımamasıdır.
Bəzən qaraciyərdə hətta ciddi dəyişikliklər olduqda insan bu nahiyədə heç bir ağrı hiss etmir.
Bu səbəbdən qaraciyər xəstəliklərinin ilk gizli simptomları bilmək vacibdir ki, insan vaxtında həkimə müraciət edə bilsin.
NUHÇIXAN sizə qaraciyər xəstəliklərinə işarə edən bəzi gizli simptomları təqdim edir:
1. Qida qəbulundan, xüsusilə yağlı qidaların qəbulundan sonra həzmsizlik simptomları - köp, qarında ağırlıq hissi, bəzən ishal.
2. Oynaq və əzələlərdə səbəbsiz ağrılar.
3. Səbəbsiz yorğunluq.
4. Dəridə qaşınma, səpgilərin əmələ gəlməsi, dərinin rənginin pisləşməsi.
5. İştahanın azalması, arıqlama.