Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb

A- A A+

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb.

Bu barədə NUHÇIXAN-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:

"Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi cariilki məbləğdən 14 manat artacaq. Artıq dörd ildir ehtiyac meyarı yaşayış minimumuna bərabərləşib və belə davam edir. Bu, yaxşı göstəricidir".

Qeyd edək ki, bundan əvvəl yaşayış minimumu və ehtiyac meyarının məbləği 300 manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: