Müəllim və tələbələrə 5G LTE texnologiyaları ilə bağlı geniş məlumat verilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, “Naxçıvan” Universitetində növbəti seminar-treninq keçirilib. “Huawei” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim” mövzusunda  keçirilən seminarda Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.

“Huawei-Azərbaycan” MMC-nin “Simsiz texnologiyalar” sektorunun rəhbəri İmran Bayramov 5G LTE texnologiyalarının strukturu və iş prinsipi haqqında  iştirakçılara geniş mühazirə oxuyub.

Sonda tələbələrin ­sualları ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: