Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi istiqamətində 12 sahibkarlıq subyektinə 163 təsdiqedici sənəd təqdim olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, həmin sənədlərdən 7-si texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 156-sı isə xammal və materialların idxalı üçün verilib.
Təsdiqedici sənədlər əsasında Rusiya, Çin, Türkiyə, Almaniya, Cənubi Koreya, Avstriya, İran, İraq və Gürcüstan kimi ölkələrdən texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materiallar idxal edilib. Bütün bunların nəticəsi olaraq qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, melamin plitələr, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.
