Aztəminatlı ailələrə köməklik göstərilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə, ümumilikdə 18 aztəminatlı ailə müəyyənləşdirilib. NUHÇIXAN xəbər verir ki,  ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə bu kateqoriyadan  14 nəfərə  yanında balası olan iribuynuzlu mal-qara, 2 nəfərə yanında balası olan 10 baş davar,  1 nəfərə inkubator aparatı, 1 nəfərə isə dülgər avadanlıqları  verilib.

Bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: