NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universitetinin bir qrup tələbəsinin iştirakı ilə “Naxçıvan yallıları” ilə bağlı açıq dərs keçirilib. Dərsdə Mərkəzin elmi katibi Emin Məmmədov yallılar haqqında geniş məlumat verib. Qeyd edilib ki, Naxçıvan yallıları xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu amil əsas götürülərək Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülüb, yallılar nota köçürülüb, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub.
Bildirilib ki, 2018-ci ildə “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESCO-nun Təcili Qorunma Siyahısına daxil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şərur yallıları haqqında sərəncam imzalayıb və yallıların tədqiqi, təbliği, qorunması ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
Sonda tələbələr Mərkəzin kitab fondları ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.