Culfa rayon sahibkarları ilə görüş

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Culfa rayon Əbrəqunus kəndində sahibkarlar və kənd sakinlərinin iştirakı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarına edilmiş əlavə və dəyişikliklər mövzusunda tədbir keçirilib.

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə keçirilən görüşün əhəmiyyətindən danışıb.

Culfa Rayon Vergilər Şöbəsinin rəisi Qurban Hacıyev Vergi qanunvericiliyində baş verən dəyişikliklərin əsas məqsəd və nəticələri ilə bağlı məlumatları diqqətə çatdırıb.

Tədbir iştirakçılarına muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin əhəmiyyəti barədə məlumat verilib.

Mövzu ətrafında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: