Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin də rolu var

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şərur rayonunda “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu" mövzusunda seminar keçirilib. Ədliyyə Nazirliyinin və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bələdiyyə sahəsində qanunvericiliyin təmin edilməsi, bələdiyyələrin statusu, bələdiyyə torpaqlarının icarəyə verilməsi məsələləri barədə ətraflı məlumatlar verilib.

Seminarda Ədliyyə Nazirliyinin mütəmadi olaraq bələdiyyələrin fəaliyyəti sahəsində maarifləndirmə tədbirləri keçirdiyi nəzərə çatdırılıb. Muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması ilə bağlı rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının inkişafı üçün əlverişli şərait yaradılması və digər istiqamətlərdə bələdiyyələrin üzərinə düşən vəzifələr qeyd olunub.

Sonda seminar iştirakçılarına “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı”na dair metodik vəsaitlər təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: