Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur - FOTOLAR

A- A A+

Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsan “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

NUHÇIXAN  xəbər verir ki, Aleksandr Qutsana medalı Baş prokuror Kamran Əliyev oktyabrın 29-da keçirilən ikitərəfli görüşdən sonra təşkil olunan təltifetmə mərasimində təqdim edib.

Mərasimdə çıxış edən Kamran Əliyev bildirib ki, Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur.

Gələcəkdə əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində razılığa gəlindiyini bildirən Baş prokuror vurğulayıb ki, keçirilən müzakirələr və əldə olunan razılaşmalar xalqların, cəmiyyətlərin və dövlətlərin rifahı naminə əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək.

Aleksandr Qutsan qarşılıqlı dostluq əlaqələrinin inkişafı üçün mühüm zəmin yaratdığını bildirib.

Onun sözlərinə görə, tərəflər birgə fəaliyyət sayəsində müxtəlif xarakterli məsələlərin, o cümlədən mürəkkəb problemlərin həllinə nail ola bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: