NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Darıdağ Arsenli Su Müalicəxanası ətrafında təbii bərpaya kömək məqsədi ilə ağac və kol bitkilərinin toxumları əkilib.
Mütəxəssislər tərəfindən iştirakçılara toxum üsulu ilə əkin bərpa işlərinin aparılması əyani şəkildə izah olunub.
Hazırda tikintisi davam etdirilən Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi ətrafındakı 7 hektar sahədə 50 kq-a yaxın toxum əkilib. Əkin zamanı xəstəliyə və quraqlığa davamlı olan badamça, yemişan və həmərsin toxumlarından istifadə olunub.
Uzunoba dövlət meşəsinin 12 hektar sahəsində təbii bərpa məqsədilə əkilən ağac və kol toxumlarına baxış da keçirilib. Həmin sahədə əkilən toxumlar havanın yağıntılı keçməsi nəticəsində artıq cücərib.
Sadiq Məmmədov