Hacıbala Abutalıbov Baş nazirin müavini təyin edilib

A- A A+

Aprelin 21-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən Yaqub Abdulla oğlu Eyyubov Baş nazirin birinci müavini, Əli Cavad oğlu Əhmədov, Əli Şamil oğlu Həsənov və Hacıbala İbrahim oğlu Abutalıbov Baş nazirin müavinləri, Ramil İdris oğlu Usubov daxili işlər naziri, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri, Fikrət Fərrux oğlu Məmmədov ədliyyə naziri, Sahil Rafiq oğlu Babayev əmək və əhalinin sosial müdafiəsi naziri, Kəmaləddin Fəttah oğlu Heydərov fövqəladə hallar naziri, Elmar Məhərrəm oğlu Məmmədyarov xarici işlər naziri, Şahin Abdulla oğlu Mustafayev iqtisadiyyat naziri, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri, Samir Rauf oğlu Şərifov maliyyə naziri, Zakir Əsgər oğlu Həsənov müdafiə naziri, Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Mikayıl Çingiz oğlu Cabbarov vergilər naziri təyin olunublar.

Prezident, həmçinin Samir Rafiq oğlu Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Şükür oğlu Rzayevi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Elçin İsağa oğlu Quliyevi Dövlət Sərhəd Xidmətinin rəisi, Mədət Qəzənfər oğlu Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sedyar oğlu Sultanovu Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: