“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları” təsdiqlənib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2005-ci il Fərmanında dəyişiklik edilməsi haqqında” dövlət başçısının 2018-ci il 1 iyun tarixli Fərmanının 1.6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq olunub.