Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il əlilliyi olan daha 826 şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, onlar mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, əsa, dirsəkaltı və qoltuqaltı ağac, statik vertikalizator, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 22633 reabilitasiya vasitəsi ilə təmin ediliblər.
Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunur.
