Polis tərəfindən oktyabrın 30-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 238 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
