“1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Ordubad Rayon İcra Hakimiyyəti ilə birlikdə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” ilə əlaqədar olaraq Ordubad rayon Mədəniyyət Sarayında tədbir keçirilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov Ordubad rayonunda uşaqlara göstərilən qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.  Xüsusi qayğıya ehtiyacı olan və məhdud fiziki imkanlı uşaqlar daim diqqətdə saxlanılır.  Həmçinin rayonda fəaliyyət göstərən İnternat məktəbində və Fiziki İmkanları Məhdud Uşaqlar üzrə Regional İnformasiya Mərkəzində yaradılan  şərait barədə məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada uşaqlarla aparılan işlər barədə ətraflı məlumat verib, uşaqları qarşıdan gələn bayram münasibəti ilə təbrik edib.

Sonra 2017-2018-ci tədris ilində Ordubad rayonu üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 13 uşağa fəxri fərmanlar və hədiyyələr verilib. Tədbirin bədii hissəsində Ordubad şəhər Uşaq Musiqi Məktəbi şagirdlərinin və Ordubad şəhər 3 saylı uşaq bağçasının fidanlarının ifasında konsert proqramı təqdim olunub.

Komitə həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə və Təhsil nazirlikləri, Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə M. Füzuli adına Ordubad şəhər tam orta İnternat Məktəbində tədbir keçirib. Burada da  valideyn himayəsindən məhrum 6 uşağa bayram hədiyyələri verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: