Ali təhsil ocağında “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən xəbərə görə, universitetin Elmi Kitabxanasında biologiya üzrə elmlər doktoru Daşqın Qənbərov, biologiya üzrə fəlsəfə doktorları Seyfəli Qəhrəmənov, Aynur Bayramova, Enzalə Novruzovanın həmmüəllif olduqları “İbtidai bitkilərin sistematikası” adlı kitabın təqdimatı keçirilib.

Təqdimatda iştirak edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov nəşrdə uzun illər aparılan tədqiqatların, araşdırmaların nəticələrinin öz əksini tapdığını deyib. Artıq bu kitabın sayəsində tələbələrin Azərbaycan dilində dəqiq bir dərsliyin olmamasıyla bağlı yaranan çətinliklərinin aradan qalxacağını qeyd edib.

Sonra kitabla bağlı geniş məlumat verilib. Kitabdan ali və orta məktəb müəllim və tələbələrinin, eyni zamanda sistematika ilə məşğul olan tədqiqatçıların da yararlana biləcəyi diqqətə çatdırılıb.

Müəlliflər adından çıxış edən Daşqın Qənbərov universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlıq edib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: