Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi” mövzusunda seminar keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat şöbəsinin rəisi, ədliyyə müşaviri Səyyub Kərimov, ölkəmizin dövlət müstəqilliyi qazandıqdan sonra vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar zəruri qanunvericilik bazası yaradıldığını, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini bildirib. Müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevirilib. Müstəqil Azərbaycan dövlətinin dünya birliyində layiqli yer tutması sürətli və dinamik inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan mükəmməl, siyasi və iqtisadi konsepsiyalara, mərhələ-mərhələ reallaşdırılan demokratik, hüquqi və iqtisadi islahatlara söykənir.
Sonra mövzu ilə bağlı çıxışlar dinlənilib.