Könüllü gənclərlə görüş - FOTOLAR

A- A A+

Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, “Görüş yeri” kafesində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirlərdə könüllü olaraq fəal iştirak edən gənclərlə görüş keçirilib. Tədbirdə 100-dən artıq gənc iştirak edib.

Gənclər və İdman naziri Azad Cabbarov muxtar respublikada həyata keçirilən gənclər siyasəti, nazirlik tərəfindən keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, bu gün gənclər keçirilən tədbirlərdə öz fəallıqları ilə seçilirlər. Gənclərimiz istər gənclər, istərsə də idman sahəsində muxtar respublikanı keçirilən birinciliklərdə, beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər.

Sonra gənclərə “Təşəkkürnamə”lər təqdim edilib, gənclərə nahar və çay  süfrəsi  təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: