FHN: Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın söndürülüb - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 16 mərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: