Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR

A- A A+

Azərbaycanda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar ölkəmizə səfər edən nümayəndə heyətlərinin rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Bu barədə NUHÇIXAN-a Fövqaladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: