Naxçıvan Teleradiosunun kollektivi sərgi-satış yarmarkasını ziyarət edib - FOTOLAR
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm əsərləri, əl işləri və ailə təsərrüfatı məhsullarının təqdim olunduğu sərgi-satış yarmarkası keçirilir.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil olunan yarmarkanı Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin kollektivi də ziyarət edib.
Ziyarətçilər sərgidə nümayiş etdirilən rəsm əsərləri, əl işləri və digər məhsullarla yaxından tanış olub, bəyəndikləri hədiyyəlik əşyaları və ailə təsərrüfatı məhsullarını alıblar. Kollektiv üzvləri sərgi iştirakçıları ilə söhbət edib, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.
Qeyd edək ki, noyabrın 5-dək davam edəcək sərgi-satış yarmarkasında 300-ə yaxın müəllifin 12 mindən çox əl işi nümayiş olunur.