Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu işə başlayıb - FOTOLAR

A- A A+

Bakıda Birinci Regional Akvakultura Forumu keçirilir.

NUHÇIXAN  xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Nazirlər Kabinetinin, Milli Məclisin müvafiq strukturlarının rəhbərləri ilə yanaşı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatınının (FAO) təmsilçiləri də iştirak edirlər.

Dövlət Himni səsləndikdən və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra forum başlayıb.

Forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov və və digər əlaqədar qurumların rəhbərləri çıxış edəcəklər. Panel iclaslarda Azərbaycanda akvakulturanın mövcud vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan akvakulturasında yüksək əlavə dəyərli ixracın inkişafında özəl sektorun təcrübəsi və başqa bu kimi məsələlər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaq, məruzələr dinləniləcək.

İki gün davam edəcək forum çərçivəsində iştirakçılar Pirallahı qəsəbəsində “Nərəkənd” balıqyetişdirmə kompleksinə baxış keçirəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: