Prezident Naxçıvan Teleradiosunun əməkdaşlarını təltif edib

A- A A+

Prezident İlham Əliyev “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, sərəncam Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzalanıb.

Təltif olunanlar arasında Naxçıvan Teleradiosunun əməkdaşları da yer alıblar.

Belə ki, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə Quliyeva Arzu Telman qızı 3-cü dərəcəli “Əmək” ordeni ilə, Babayeva Təhminə Adil qızı və Allahverdiyeva Lalə Abbas qızı isə “Tərəqqi” medalı ilə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: