Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu başlayıb - FOTOLAR

A- A A+

Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb.

NUHÇIXAN  xəbər verir ki, Gəncə Dövlət Filarmoniyasının binasında keçirilən forumda 400-dən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.

Forum çərçivəsində “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində” və “WUF13 irsi QHT təşəbbüslərində” mövzularında panel müzakirələri keçiriləcək.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə QHT-lərin müraciətinin qəbul olunması nəzərdə tutulur.

Forum bədii proqramla yekunlaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: