Əsrlərin sınağından çıxan kitab

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilib.  Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov oxunması zəruri olan kitabların gənc nəslə müsbət təsirindən danışıb. Bildirib ki, bu kitablar gənc nəslin mütaliəyə marağını daha da artırmaqla yanaşı onların dünya görüşünün formalaşmasında mühüm rol oynayır

Sonra mövzu ətrafında çıxış edənlər “Nizaminin hikmət və nəsihətləri” kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, əsərin özünəməxsus xüsusiyyətlərindən danışıblar. Qeyd olunub ki, atalar sözlərindən daha geniş istifadə olunan kitab gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Vurğulanıb ki, Nizami Gəncəvi bütün poemalarında həyatın müxtəlif sahələrinə, ictimai siyasi hadisələrinə bildirdiyi dərin mənalı fikirləri öz dövrünün qaranlıqları içərsində sönməz günəş kimi dünyaya işıq saçıb. Çıxış edənlər əsərdə maraqlı məqamlardan da bəhs edib yazıçının bu əsərdə insanlara  nəyi çatdırmaq istədəyini izah ediblər.

 

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: