NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Ordubad rayonunda ekoloji monitorinq aparıblar. Monitorinqlərə Vənənd çayından analizlər götürülməsi ilə başlanılıb. Yoxlamalar zamanı suyun tərkibindəki hidrogenin, həll olunmuş oksigenin miqdarı və duzluluğu yoxlanılıb. Digər analizlərin labarotoriya şəraitində aparılması üçün nümunələr götürülüb.
Kənd ərazilərində də monitorinqlər davam edib. Pəzməri, Unus, Kələki, Dırnıs və Anaqut kəndlərindəki küçə və yollara həmçinin tulantı qutularına baxış olub. Yoxlamalar zamanı məlum olub ki, həmin kəndlərdəki tullantı qutuları vaxtında boşaldılır, suvarma arxları təmiz saxlanılır.
Yoxlamalar məişət tullantıları poliqonlarında davam edib. Məlum olub ki, Unus kəndinin poliqonundakı tullantıların üzəri vaxtlı-vaxtında bastırılaraq əraziyə dağılmasının qarşısı alınır. Kələki kəndindəki poliqonda isə tullantıların bir hissəsinin bastırıldığı məlum olub. Bastırılmayan tullantıların üzərinin torpaqlanması, dezinfeksiya tədbirlərinin vaxtında görülməsi və tullantıların düzgün idarə olunması ilə bağlı söhbətlər aparılıb.
Ərhan Novruzov