NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib.
Liseyə 2018-2019-cu tədris ilində dördüncü sinfi bitirən 207 şagird sənəd verib. İmtahanda şagirdlərə ümumilikdə 70 sual təqdim olunub. İmtahanda yüksək nəticə göstərmiş 60 şagird liseyə qəbul olunacaq. İmtahan nəticələri 1 həftə sonra açıqlanacaq.
Qeyd edək ki, Naxçıvan Qızlar Liseyi yarandığı gündən etibarən öz təhsil uğurları ilə fərqlənib. Bu günə qədər liseyin 5 məzunu qızıl, 3-ü gümüş medala layiq görülüb, 1 məzunu isə Prezident təqaüdçüsü olub. Ötən tədris ilində isə məzunlardan 13-ü ali məktəblərə qəbul imtahanlarında 500-700 intervalında bal toplayıb.
Mədinə Rəhimli