Uşaqlar muzeyləri gəziblər - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Komitə tərəfindən “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud 25 uşağın ekskursiyaları təşkil olunub.

Ekskursiya zamanı uşaqlar Heydər Əliyev Muzeyi, Naxçıvan Döyüş Şöhrəti Muzeyi, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzi, Duz Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Muzeyində olublar.

Sonra isə uşaqlara bayram hədiyyələri təqdim olunub və “Görüş yeri” kafesində çay süfrəsi təşkil edilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: