Naxçıvan Dövlət Uşaq Filarmoniyası Şərurda konsert verib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının, vokal və rəqs qruplarının Şərur Rayon Mədəniyyət Sarayında konserti olub.

Konsertdə Xalq Çalğı Alətləri Ansamblının ifasında Üzeyir Hacıbəyovun “Arazbarı” və “Mahur rəngi” səslənib. Filarmoniyanın solistləri “Neftçilər”, “Doğma diyar”, “Aylı gecə”, “Qarabağ”, “Naxçıvanım” və başqa mahnıları ifa ediblər.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupu “Tərəkəmə”, “Naz eləmə” və başqa rəqsləri oynayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: