Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər Parkını ziyarət edib - FOTOLAR
Noyabrın 8-də Zəfər Günü münasibətilə Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər Parkını ziyarət edib.
NUHÇIXAN xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.