Naxçıvan şəhərində üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.
Qəza zamanı "Mercedes", "Nissan" və "Lifan" markalı avtomobillər toqquşub. Nəticədə 1998-ci il təvəllüdlü Məmmədov Razim Cavad oğlu xəsarət alıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
