“Taqqılbab” və Zəncirbab” Ordubad qapılarının bəzəyidir

A- A A+

Ordubad şəhəri öz qədimliyini qoruyub saxlayan nadir yaşayış məntəqələrindəndir. Şəhərin beş böyük məhəlləsi öz ətrafına çoxlu xırda məhəllələr cəlb edib. Sərşəhər, Anbaras, Üçtürləngə, Mingis və Kürdətal məhəllələri ilə yanaşı Meyrəmçə, Dilbər, Peci, Daşlarbaşı, Qırxayaq, Qarahovuz, Körpübaşı və sairə məhəllələr bu gün də öz milli-memarlıq quruluşunu qoruyub saxlamaqdadır. Heç təsadüfi deyildir ki, hələ 1977-ci ildə ölkəmizin İçərişəhər və Şəki şəhərləri ilə yanaşı Ordubad da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Qoruq şəhər elan edilib. Şəhərdəki qədim məscidlər,  daş döşənmiş dar döngələr, çinarlar, buz kimi sərin suyu olan çeşmə bulaqlar insanı sanki sehirli bir aləmə çağırır. Bu yaşayış məntəqəsində bir sıra memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yanaşı,  məhəllələrdəki həyət qapılarının düzəldilməsində də bəzi yerli xüsusiyyətlər nəzərə alınıb.

Hər bir ordubadlı yaxşı bilir ki, Ordubadın daş döşəməli məhəllələri, süpürülmüş evləri,  başı börklü babaların, çadralı nənələrin şirin ləhçələri insana xoş ovqat bəxş edir. Qədimdən Ordubadda həyət qapılarının üzərinə iki balaca dəzgah vurulardı. Onlardan ev sahibini qapıya çağırmaq üçün istifadə edilərdi. Dəmirdən düzəldilən bu dəzgahlardan  biri uzun olduğuna görə taqqılbab, o biri isə aypara və ya ürək  şəklində olduğundan "Zəncirbab" adlanardı. "Taqqılbab"ı döyəndə qapıya kişi çıxar, “Zəncirbab” səsinə isə qadınlar səs verərdi.  

Maraqlı burasıdır ki, qədim ənənələri özndə hələ dəyaşadan Ordubadda dəmirçilik də yaşayır. Bu işlə dəmiçi Rafiq Mahmudov məşğul olur. Dəmirçi deyir ki,  Ordubadlılar tez-tez ona müxtəlif əşyaları düzəltmək üçün sifarişlər verirlər. Elə bu “Taqqılbab” və “Zəncirbab”lar da vaxtilə usta dəmirçilərin əllərindən çıxıb. Təbii və kustar üsulla hazırlanmasına baxmayaraq hələ də bu qurğular öz gözəlliyini və möhkəmliyini itirmir. 

 

“El həyatı” qəzeti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: