Türkiyənin vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib - FOTOLAR

A- A A+

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz COP31 çərçivəsində Antalyada qurulan Azərbaycan pavilyonunu ziyarət edib.

NUHÇIXAN xəbər verir ki, vitse-prezident burada Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb, pavilyonla yaxından tanış olub.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Cevdet Yılmaz COP31-in təşkili ilə bağlı hazırlıq işlərində Azərbaycanın COP29 təcrübəsinin Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını bildirib və bu prosesdə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: