Dekabr ayında neçə gün iş olmayacaq?

A- A A+

2026-cı ilin dekabr ayında beşgünlük iş həftəsi ilə çalışan vətəndaşları 9 qeyri-iş günü gözləyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiq etdiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub.

Təqvimə əsasən, dekabr ayında 8 gün şənbə və bazar günlərinə təsadüf edir. Bundan əlavə, dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.

Qeyd edək ki, beşgünlük iş rejimi ilə çalışanlar dekabr ərzində ümumilikdə 9 gün istirahət edəcəklər. Ay ərzində 22 iş günü nəzərdə tutulub.

Altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə dekabr ayında 5 qeyri-iş günü olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: