2018-ci il may ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Dövlət başçısının imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 58 kilometr olacaq yolda hazırda tikinti işləri sürətlə davam etdirilir. Yolun 18 kilometrlik hissəsində tikinti işləri artıq yekunlaşıb, bir körpü inşa olunub, suötürücülər tikilib, asfalt örtük salınıb. Gilançayın Aza kəndi istiqamətindən axan hissəsindəki körpü yenidən qurulub. Yolun Dəstə kəndi yaxınlığındakı “Payadərə” adlanan hissəsində isə Ordubad Su Elektrik Stansiyası üçün kanal çəkilişi ilə əlaqədar olaraq yeni yol və suötürücülər tikilir.
“El həyatı” qəzeti