Xəyanətin yeni adı- Rüstəm İbrahimbəyov

A- A A+

Hər dəfə 100 illiyini qeyd etməyə hazırlaşdığımız  Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqda nə isə eşidəndə başımda bir fikir dolaşır. Bu insanlar ilk dəfə olaraq Şərqdə demokratik dövlət qurdu, bu dövlətin bayrağını, bir sıra qanunlarını, ordusunu, bir sözlə lazım olan bütün atributlarını  yaratdılar.  1920-ci ilin aprelindəki bolşevik  işğalından sonra məcbur şəkildə mühacirətə getsələr də oradan Azərbaycan xalqı, onun vətəndaşları haqda mənfi, xoşa gəlməyən heç nə etmədilər. Kimisə qaralayıb, üzərinə çamur atmadılar.  Halbuki sovet təbliğat maşını  elə öz içimizdən olan xainlərin dəstəyi  ilə onların əleyhinə hansı iftiralara əl atmırdı? Tanıdığım ziyalılardan birinin dediyi kimi:  “Çünki onlar əsl kişi idilər”. Bu adamların arasında dövlət xadimi, siyasətçi, diplomat, yazıçı, jurnalist , bir sözlə bütün zümrələrdən olan insanlar vardı. Bunun səbəbi bir idi, həmin insanların qəlbi  təmənnasız olaraq Vətən, xalq, millət sevgisi ilə döyünürdü.

Amma təəssüf ki, bu gün bəzi  “həmvətənimiz” haqda bunu deyə bilmirik. Hansısa siyasi oyunların tilovuna keçən kinorejissor Rüstəm İbrahimbəyov bir neçə il qabaq birdən-birə Azərbaycan prezidenti olmaq istədi və siyasət səhnəsinə atıldı. Ancaq kinorejissor başa düşmürdü ki, həyatla kamera arxasında qurulan səhnənin kəskin fərqi var. Kinoda bütün səhnələri və hərəkətləri rejissor diktə edirsə, həyatda, əsasən də siyasətdə  bəzən usta oyunçular yönəticinin özünü şahmatdakı  piyadaya çevirirlər. Rüstəm İbrahimbəyovu sağlam Azərbaycan cəmiyyəti siyasi lider kimi  qəbul etmədi. Birinci xalqımız bu mövzuda həmişə müdriklik göstərib. İkinci isə,   siyasət incəsənət adamının kinolarda gördüyü  kimi deyil. Amma Rüstəm İbrahimbəyovun bu sahədə fiaskoya uğramasını ermənipərəst “Qafqaz üçlüyü” filmi ilə “konpensasiya etməsi”  xəyanətdən başqa bir şey deyil. “Erməni tütəyi”nin sədası altında oynamaqla o bir daha sübut etdi ki, Azərbaycan xalqının nəinki prezidenti, heç nökəri də  olmağa layiq deyil. Yəni bir insanın qəlbində öz xalqına qarşı nə qədər nifrət olmalıdır ki, onun düşməninə, özü də erməni kimi  şərəfsiz bir düşmənə   sığınıb ona bu cür yarınasan?

Yuxarıdakı cümhuriyyət fədailəri ilə bağlı fikirləri əbəs yerə işlətmədim. Siyasi mübarizə elədir ki, burda udmaq da var, uduzmaq da. Uduzanda da gərək kişi kimi uduzasan.

P.S. Bir də Rüstəm İbrahimbəyovu bir zaman bəh-bəhlə özlərinin lideri kimi görmək istəyənlər, onun  üçün dəridən-qabıqdan çıxanlar  indi nə düşünür? Ya onların bu xalqa qarşı hansı xəyanətinin şahidi olacağıq? Sual açıq qalır.

                                                                                                   Səməd Canbaxşiyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: