Azərbaycan çayına COP31-də də çox böyük maraq var - FOTOLAR
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) Azərbaycan pavilyonu diqqət mərkəzindədir. Burada, xüsusilə Azərbaycan çayına çox böyük maraq var.
NUHÇIXAN xəbər verir ki, pavilyonumuzda daim çay içməyə gələnləri görmək mümkündür. İnsanlar "Gəl bir Azərbaycan çayı içək", - deyə bir-birini pavilyonumuza dəvət edirlər. Burada qonaqlara milli təamlarımız da təklif olunur.
Bir sözlə, süfrəsinin müxtəlifliyi ilə Azərbaycan COP31-də də seçilir.