NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində yerləşən Dədə Qorqud parkında qeydə alınıb.
Məlumata görə, Culfa rayon sakini, 1986-cı il təvəllüdlü Qəhrəmanov Rəşid Nizami oğlu donmuş vəziyyətdə aşkarlanıb. O, xəstəxanaya çatdırılarkən aqonal vəziyyətdə olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilib ki, mərhum 2014-cü ildən Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində qeydiyyatda olub. Onun alkoqol asılılığından əziyyət çəkdiyi də qeyd edilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
