Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.

Nazirliyin İctimiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, qurum tərəfindən son günlər paytaxt və regionlarda daha 200-dən çox şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub.

Verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı üzrə kiçik ailə təsərrüfatlarını yaradıblar.

Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: