Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib

A- A A+

Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “QAZ 3110” markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ilkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müyinədən keçirilməsi təmin olunmaqla N.Mehdiyevin narkotik vasitə qəbul etməsi müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla N.Mehdiyev 45 sutka inzibati qaydada həbs edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: