Babək rayonunun Çeşməbasar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

A- A A+

NUHÇIXAN xəbər verir ki, "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində minik maşınında olan şəhid Zaman Məmmədlinin valideynləri - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Qəza nəticəsində qaz infrastrukturuna da ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: