SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması işləri davam etdirilir
SOCAR-ın Ukraynadakı nümayəndəliyinin 22 yanacaqdoldurma məntəqəsində hava həyəcanı zamanı müştərilərin və işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqların yaradılması başa çatdırılıb.
Bu barədə NUHÇIXAN-a “SOCAR Ukraine”nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Rivnə, Çerkassı bölgələrində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Sığınacaqlardan hava hücumu siqnalı zamanı istifadə edilə bilər. Sığınacaqlar yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir.
Məlumatda bildirilib ki, hazırda daha 25 yanacaqdoldurma məntəqəsində sığınacaqların yaradılması işləri aparılır.
