"Şərur" Xalq Yallı Ansamblı Kiyev şəhərindəki rəsmi tədbirdə çıxış edib - VİDEO - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən 28 May–Respublika Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində tədbir keçirilib.
"Şərur" Xalq Yallı Ansamblı rəsmi tədbirdə çıxış edib.
Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı Naxçıvan məhsullarının sərgisi də təşkil olunub.
Tədbirin bədii hissəsində “Şərur” Xalq Yallı Ansamblı rəngarəng rəqslər, qədim Şərur və Naxçıvana məxsus “Tənzərə”, “Köçəri” və başqa yallıları ifa edib.