Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Hüseynalıyev Hüseynalı həyatını itirib.
Qəza zamanı xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
