Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 7050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
