Ordubad rayonunda avtobusun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub.
NUHÇIXAN xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci il təvəllüdlü Sura Möhsünlü, 1967-ci il təvəllüdlü Sara Məmmədova, 1979-cu il təvəllüdlü Raidə Əliyeva, 1992-ci il təvəllüdlü Gülşad Tağıyeva, 1966-cı il təvəllüdlü Cəmilə Tağıyeva, 1955-ci il təvəllüdlü Validə Həsənova və 1977-ci il təvəllüdlü Gülər Hacıyeva xəsarət alıblar.
İlkin məlumata görə, xəsarət alan şəxslər yas mərasimində iştirak etmək üçün yola düşərkən qəzaya uğrayıblar. Hazırda yaralıların tibbi müayinəsi davam etdirilir.
