Naxçıvanda ötən həftə 4 yanğın hadisəsi qeydə alınıb

A- A A+

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ötən həftə ərzində Naxçıvanda 4 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, yanğın hadisələri Kəngərli rayonunun Xök kəndində və Şərur rayonunun Bəhruz Kəngərli kəndində ot bağlamalarında, Babək rayonunun Çeşməbasar kəndində elektrik dirəyində, eləcə də Şərur rayonunun Aşağı Daşarx kəndində açıq sahədə qeydə alınıb.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların ətraf ərazilərə yayılmasının qarşısı alınıb və operativ söndürülməsi təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: