“Ədliyyə könüllüləri” layihəsi üzrə növbəti istehsalat təcrübəsi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra və probasiya, qeydiyyat və notariat şöbələrində və penitensiar xidmətində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının II kurs tələbələri ilə “Ədliyyə könüllüləri” istiqamətverici layihəsi üzrə növbəti görüş olub.

Tələbələr İcra və Probasiya şöbəsində müasir elektron nəzarət sistemi ilə tanış olublar. Tələblərə elektron nəzarət sisteminin istifadə qaydaları, məhkumlar üzərində tətbiq olunan elektron nəzarət vasitəsi izah edilib.

Notariat və qeydiyyat şöbəsində tələbələr buradakı arxivlərlə  tanış olublar. Tələbələrə arxiv işinin təşkili və tənzimlənməsi, saxlanılan sənədlərin mühafizə edilməsi barədə məlumat verilib.  

Penitensiar Xidmətdə cəzaçəkmə müəssisələrinin fəaliyyət istiqamətləri, ayrı-ayrı rejim növləri barədə məlumatlar tələbələrin diqqətinə çatdırılıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: