İnteraktiv dərs keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, 28 May Respublika Günü ilə əlaqədar muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Tarix Muzeyi arasında interaktiv dərs keçirilib.

Dərsdə 1918-ci il mayın 28-də müsəlman şərqində ilk demokratik parlament respublikasının–Azərbaycan Xalq Cümhuriyyətinin haqqında ətraflı olaraq şagirdlərə məlumat verilib.

Deyilib ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı. Bu gün Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.

Sonra muzeyin bələdçisi Tünzalə Dilanova şagirdləri ekspozisiyayla  tanış edib.

AMEA-nın Naxçıvan bölməsinin Tarix etnoqrafiya və arxeologiya institutunun Qafqaz tarixi şöbəsinin müdiri  tarix üzrə fəlsəfə dokturu Emin Şıxəliyev tərəfindən aparılan  interaktiv dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: