DSMF-nin 2027-ci il üzrə gəlirləri 9,2 milyard manatı ötəcək - büdcə layihəsi birinci oxunuşda təsdiqlənib

A- A A+

Milli Məclis “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

NUHÇIXAN  xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 897 milyon 400 min manat və ya 10,8 faiz çoxdur. DSMF-nin 2027-ci il üçün nəzərdə tutulan xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 790 milyon manat və ya 9,3 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: